REGİONLAR
58 saylı Hacıqabul-Kürdəmir dairə seçki komissiyasında keçirilən treninqlər 48 məntəqəni əhatə edir VİDEO
Hacıqabul, 14 oktyabr, Mahir Babayev, AZƏRTAC
Milli Məclisə noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı 58 saylı Hacıqabul-Kürdəmir dairə seçki komissiyasının inzibati binasında aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində növbəti treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, treninqdə dairə seçki komissiyasının əhatə etdiyi 6 məntəqənin sədr, katib və üzvləri iştirak ediblər. Treninqdə dairə seçki komissiyasının üzvi Feyzulla Abdullayev və baş məsləhətçi Müşfiq Ataşov treninq iştirakçılarına seçki günü seçicilərin öz iradələrini azad şəkildə ifadə etmələri, sənədlərin saxlanması, qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi, bildirişlərin paylanmaq qaydaları, seçkiqabağı təşviqat üçün şəraitin yaradılması, seçici siyahıları ilə işin aparılması, protokolların tərtibi və sair məsələlər barədə məlumatlar çatdırıblar.
Praktiki məşğələ zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və səsvermənin nəticələri haqqında protokol nümunələri və digər zəruri sənədlər paylanılıb.
Günün ikinci yarısında keçirilən treninqdə dairənin nəzdində fəaliyyət göstərən daha 6 məntəqənin sədr və üzvləri ilə “Seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri”, “Səslərin hesablanması”, “Yekun protokolun doldurulması” və sair mövzularda müzakirələr aparılıb.
Qeyd edək ki, treninqlər 4 gün ərzində 58 saylı Hacıqabul-Kürdəmir dairə seçki komissiyasının 48 məntəqəsini əhatə edəcək.