REGİONLAR


59 saylı Salyan seçki dairəsində referenduma hazırlıq yüksək səviyyədədir

A+ A

Salyan, 2 sentyabr, Mahir Babayev, AZƏRTAC

Respublikamızın hər yerində olduğu kimi, 59 saylı Salyan seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında sentyabrın 26-a təyin olunmuş ümumxalq səsverməsinə hazırlıq işləri “Təqvim planına” uyğun olaraq aparılır.

Dairə seçki komissiyasının sədri Səlamət Kərimov AZƏRTAC-a bildirib ki, dairənin əhatə etdiyi 40 seçki məntəqəsində dəqiqləşdirilmiş siyahıya əsasən 38 min 422 seçici var. Onlardan 311 nəfəri ilk dəfə səsvermə hüququ qazanmış gənclərdir. 751 seçicinin isə yaşı 80-100 arasındadır. Dairə üzrə ən yaşlı seçici 106 yaşlı Xanım Əsgərovadır.

Referenduma hazırlıqla bağlı dairənin bütün seçki məntəqələrində təmir işləri başa çatdırılıb. Məntəqələrin hamısı zəruri texniki və metodik vasitələrlə, elektrik enerjisi və rabitə sistemi ilə təmin olunub. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə və məntəqə seçki komissiyasının üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədilə seminar-treninq keçirilib.

Konstitusiyanın ümumxalq səsverməsinə çıxarılan maddələrinin müqayisəli təqdimatı seçicilərə paylanılıb. Seçici siyahıları, çağırış plakatları və digər təbliğat vəsaitləri məntəqələrin girişində, nəzərəçarpacaq yerdə asılıb.

Dairədə müşahidəçilərin qeydə alınması davam etdirilir. Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə seçicilərə bildirişlər yazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.