TARİXDƏ BU GÜN


5 İYUL

A+ A

2011-ci il. Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı açılıb. Qurultayın işində dünyanın 42 ölkəsindən seçilmiş 579 nümayəndə, habelə dünyanın 30 ölkəsindən 211 qonaq iştirak edib.

1921-ci il. Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin Nəriman Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu.
1971-ci il. ABŞ-da 18 yaşdan yuxarı şəxslərə seçki hüququ verilib (əvvəllər bu hüquq 21 yaşdan yuxarı səxslərə verilirdi).
1841-ci il. Tomas Kuk dünyada ilk turizm agentliyini açıb. Baptist keşiş və İngiltərədə sərxoşluqla fəal mübarizə aparan Tomas Kukun təkidi ilə Midland Counties Railway dəmir yolu şirkəti Leyster və Lafboro şəhərləri arasında 570 fəhlə ücün "alkoqolsuz" səfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
06.12.2016 [09:00]
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]