TARİXDƏ BU GÜN


5 YANVAR

1930-cu il. Sovet İttifaqında kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qərar qəbul edilib. Kolxoz quruculuğu SSRİ-də, o cümlədən Azərbaycanda dəhşətli repressiyalarla, 1 milyona yaxın adamın qolçomaq adı ilə damğalanaraq sürgün edilməsi ilə müşayiət olundu. Kütləvi kolxozlaşmanın nəticəsi olaraq 1931-1933-cü illərdə SSRİ-ni dəhşətli aclıq bürüdü, milyonlarla insan öldü.
1992-ci il. Azərbaycan Respublikasının Müdafiə Şurası ləğv edilib. Hakimiyyət və müxalifət rəhbərlərinin iştirakı ilə ölkədə guya ordu quruculuğuna kömək məqsədilə yaradılan (sentyabr 1991-ci il) Müdafiə Şurası əslində siyasi mübarizə və intriqa mərkəzinə çevrilmişdi.
1956-cı il. İlk sovet ekspedisiyası Antarktidaya çatıb.
1769-cu il. İngilis mühəndis Ceyms Uatt buxar maşınını patentləşdirib.
1969-cu il. SSRİ Venera planetinə kosmik aparat göndərib. Aparat təyinat yerinə 4 aya çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri
28.02.2017 [09:00]
27.02.2017 [09:00]
26.02.2017 [09:00]
25.02.2017 [09:00]