|
1930-cu il. Sovet İttifaqında kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qərar qəbul edilib. Kolxoz quruculuğu SSRİ-də, o cümlədən Azərbaycanda dəhşətli repressiyalarla, 1 milyona yaxın adamın qolçomaq adı ilə damğalanaraq sürgün edilməsi ilə müşayiət olundu. Kütləvi kolxozlaşmanın nəticəsi olaraq 1931-1933-cü illərdə SSRİ-ni dəhşətli aclıq bürüdü, milyonlarla insan öldü. |
|
1992-ci il. Azərbaycan Respublikasının Müdafiə Şurası ləğv edilib. Hakimiyyət və müxalifət rəhbərlərinin iştirakı ilə ölkədə guya ordu quruculuğuna kömək məqsədilə yaradılan (sentyabr 1991-ci il) Müdafiə Şurası əslində siyasi mübarizə və intriqa mərkəzinə çevrilmişdi. |
|
1956-cı il. İlk sovet ekspedisiyası Antarktidaya çatıb. |
|
1769-cu il. İngilis mühəndis Ceyms Uatt buxar maşınını patentləşdirib. |
|
1969-cu il. SSRİ Venera planetinə kosmik aparat göndərib. Aparat təyinat yerinə 4 aya çatıb. |