REGİONLAR


600 balla tələbə adını qazanan qubadlılı gənc ilk dəfə səsvermə hüququndan istifadə edib

A+ A

Sumqayıt, 26 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Qubadlı rayonundan olan məcburi köçkünlər sentyabrın 26-da ümumxalq səsverməsində (referendumda) iştirak etmək üçün Sumqayıtda yaradılan 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinə daxil olan 15 məntəqədə mütəşəkkil qaydada səs verirlər. Bu məntəqələr üzrə seçicilərin ümumi sayı 15782 nəfərdir.

AZƏRTAC xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 30 saylı seçki məntəqəsində işgüzar, eyni zamanda, bayram əhval-ruhiyyəsi hökm sürürdü. Belə ki, ilk dəfə seçki hüququndan istifadə edən Fidan Əmirovanın ad günü məhz sentyabrın 26-na təsadüf edib. Bu il 600 balla Xəzər Universitetinin tələbəsi adını qazanan gənc qürurlu görünürdü.

Məntəqə sədri Fidanı qarşılayaraq onu təbrik edib, layiqli vətəndaş olmağı arzulayıb. Sonra o, ilk dəfə səs vermək hüququndan istifadə edib.

F.Əmirova təəssüratını AZƏRTAC–ın müxbiri ilə bölüşərək deyib: “Seçkidə iştirak etmək hər birimizin vətəndaşlıq borcudur. Bu gün mən ilk dəfə bu hüququmdan istifadə etdim və buna görə çox şadam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.