İQTİSADİYYAT
60 terabayt tutuma malik “SSD” daşıyıcı təqdim edilib
Bakı, 11 avqust, AZƏRTAC
ABŞ-ın “Seagate” şirkəti məlumat mərkəzlərində istifadə üçün nəzərdə tutulan 60 terabayt (TB) tutumunda “SSD” daşıyıcı təqdim edib.
AZƏRTAC “newsru.com” saytına istinadla xəbər verir ki, şirkətin nümayəndələri daşıyıcının tutum və məlumatların sıxlığına görə “SSD” bazarındakı mövcud diskləri dörd dəfə ötdüyünü deyiblər. Belə ki, bu sərt gövdəli disk 400 milyonadək foto və ya 12 minədək “DVD” film saxlamaq qabiliyyətinə malikdir.
Qurğunun elastik arxitekturası sayəsində yaxın perspektivdə diskin tutumu 100 TB-dək artırıla bilər.
Şirkətin planlarına əsasən, rekord tutuma malik “SSD” diski 2017-ci ildə bazara çıxarmağı nəzərdə tutur. Qurğunun dəyəri və satışa çıxarılma tarixi dəqiq bilinmir.