DÜNYA


67-ci Berlin kinofestivalı açılıb

Bakı, 10 fevral, AZƏRTAC

Almaniyanın paytaxtında 67-ci Beynəlxalq Berlin kinofestivalının təntənəli açılışı olub. Fevralın 19-na qədər davam edəcək festivalda ümumən 399 kinofilm nümayiş etdiriləcək. Müsabiqə proqramı üçün 24 film seçilib. Münsiflər heyətinə Niderland rejissoru və ssenaristi Pol Verhoven başçılıq edir. Qaliblər fevralın 18-də elan olunacaq.

Almaniya əsas müsabiqə proqramında 3 filmlə təmsil olunub. “Oskar” mükafatı laureatı Folker Şlöndorf yeni rejissor işini - “Montoka qayıdış” adlı məhəbbət dramını təqdim edib. Baş rolda Nina Hoss çəkilib.

Tanınmış alman sənədli film ustası Andres Fayel özünün “Boys” filmində alman rəssamı Yozef Boysun bioqrafiyasını canlandırıb. “Berlin məktəbi”nin nümayəndəsi, türk əsilli alman rejissoru Tomas Arslan isə “Bəyaz gecələr” dramında şəxsi münasibətləri aydınlaşdırır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.