İDMAN
6 OKTYABR
1914-cü il. Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdalın doğum günüdür (1914-2002). Məşhur səyyahın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlmişdi. Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırıb: “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir”. Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləyib, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görmüşdür. | |
1948-ci il. Aşqabadda 9-10 bal gücündə zəlzələ baş verib. İlk təkanlardaca şəhərdəki bütün tikililərin 90-98 faizi dağılmışdı. Zəlzələ ərəfəsində Aşqabadda 200 min nəfərə yaxın adam yaşayırdı. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 60-110 min nəfər həlak olmuşdu. Amma hadisə şahidləri zəlzələ nəticəsində ölənlərin 150-160 min nəfər olduğunu bildirirdilər. 6 oktyabr Türkmənistanda Anım günü kimi qeyd olunur. |
|
1927-ci il. Səsli kino erası başlanıb – “Warner Brothers” şirkətinin istehsal etdiyi “Caz müğənnisi” ilk səsli filminin premyerası olub. Film böyük uğur qazanıb və şirkətə 3,5 milyon dollar qazanc gətirib. |