TARİXDƏ BU GÜN


6 SENTYABR

A+ A

1991-ci il. Leninqradın tarixi adı – Sankt-Peterburq adı qaytarılıb. Rusiyanın mühüm iqtisadi, elmi və mədəni mərkəzi olan Sankt-Peterburqun əsası 1703-cü il mayın 27-də Rusiya imperatoru I Pyotr tərəfindən qoyulub. Şəhər 1712-1728 və 1732-1918-ci illərdə Rusiyanın paytaxtı olub.
1566-cı il. Türk hökmdarı, Osmanlı imperiyasının 10-cu sultanı Süleyman Qanuni (1520-1566) vəfat edib. Onun hakimiyyəti dövründə Osmanlı hökuməti inkişafının ən yüksək mərhələsinə çatmışdı. Avropada sultan Süleymanı çox vaxt Möhtəşəm Süleyman, müsəlman aləmində isə Süleyman Qanuni adı ilə tanıyırlar. O, 25 yaşında ikən sultan olub, şair, rəssam və memarlara himayədarlıq edib, özü də şeirlər yazıb.
1869-cu il. Avstriya yazıçısı, jurnalist və tənqidçi Feliks Zalten (1869-1945) anadan olub. O, çox əsər yazsa da, “Bembi” povesti ilə şöhrət tapıb. 1923-cü ildə nəşr edilmiş povest həmin vaxt dünyanın 30 dilinə tərcümə edilib. Uolt Disney 1942-ci ildə bu maraqlı nağıl əsasında cizgi filmi çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
08.12.2016 [09:00]
07.12.2016 [09:00]
06.12.2016 [09:00]
05.12.2016 [09:00]