İQTİSADİYYAT


6 və 65 nömrəli avtobusların hərəkət qrafiki bərpa olunub

Bakı, 20 aprel, Elvin Camalov, AZƏRTAC

6 və 65 nömrəli avtobusların hərəkət qrafiki bərpa olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, paytaxtın Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılan təmir işləri yekunlaşdığından artıq həmin yoldan keçən 6 və 65 nömrəli marşrut avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər. Təmirlə əlaqədar olan müvəqqəti dəyişiklik ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.