Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

700 bal toplayan gənc: “Qarşıya məqsəd qoyubsansa, nəticəni əldə etmək elə də çətin deyil” VİDEO

İsmayıllı, 19 iyul, Adil Ağayev, AZƏRTAC

İsmayıllı şəhər 5 saylı tam orta məktəbin məzunu Ağalətif Lətifov IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq ən yüksək nəticə qazanıb. Onun bu uğuru nəinki ailədə, eləcə də oxuduğu məktəbdə, rayonda böyük sevinclə qarşılanıb.

Ağalətif ailənin iki övladından biridir. Bacısı Gülbəniz Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır. İxtisasca riyaziyyat müəllimi olan atası İsaq Lətifov onun oxuduğu orta məktəbdə direktor müavini, anası isə evdar qadındır.

AZƏRTAC-ın müxbiri 5 saylı orta məktəbdə İsmayıllının fəxri olan bu gənc oğlanla görüşüb. Söhbət zamanı Ağalətif bildirir ki, hələ imtahanın cavabları açıqlanmamışdan əvvəl 700 bal toplayacağına əmin idi: “Orta məktəbdə nəticələrim yüksək idi. Bütün qiymətlərim “5” olub. Uşaqlıqdan həkim olmağı arzulamışam. Buna görə də sənədlərimi IV qrupa verdim. Uşaq həkimi, pediatr olmaq istəyirəm. Ailə üzvlərim, yaxınlarım 700 bal topladığıma görə çox sevinirlər. Sözün açığı, imtahanda yüksək bal toplayacağıma əmin idim. Təhsil aldığım məktəb gənc təlim-tərbiyə ocağıdır. 2004-cü ildən fəaliyyətə başlayıb. Bu qısa müddətdə məktəbimizin iki dəfə “Ən yaxşı ümumtəhsil müəssisəsi” adını alması, 2014-cü ildə 8 nəfərin, 2015-ci ildə isə 6 məzunun 600-dən yuxarı bal toplaması göstərir ki, burada çalışan müəllimlər olduqca tələbkar və məsuliyyətlidirlər. Əslində, qazandığım uğur onların gərgin əməyinin bəhrəsidir. Atamın oxuduğum məktəbdə işləməsinin də bu nəticəyə böyük təsiri olub. Belə ki, təhsilə can atan şagirdə gündəlik nəzarət varsa, onun yaxşı oxumaqdan savayı yolu qalmır”.

O deyir ki, əgər qarşıya məqsəd qoyubsansa, buna nail olmaq üçün gərək əziyyət çəkəsən. Әziyyətin qarşılığı isə 700 bal ola da bilər, olmaya da. Bu da, haradasa, qismətlə bağlıdır. Amma qarşıya 700 bal toplamağı məqsəd qoyubsansa, gərək özünü sistemli şəkildə hazırlayasan. O zaman bu nəticəni əldə etmək çox da çətin deyil. “Son 2-3 ildə ancaq 700 bal toplamaq barəsində düşünürdüm və inanırdım ki, qəbul imtahanında bu nəticəni əldə edə biləcəyəm. Düzdür, sınaq imtahanlarında bu nəticəni əldə edə bilməmişdim. Hansısa mexaniki səhvim olanda düşünürdüm ki, qəbul imtahanında bunu etməyəcəyəm. Beləliklə, qəbula ciddi hazırlaşırdım. Son 2 ildə xüsusilə planlı, sistemli hazırlaşdım. Aşağı siniflərdə yaxşı oxumuşdum deyə, hazırlaşmaq mənə çətin olmadı. İmtahanda xüsusilə diqqətli oldum, həyəcanı minimuma endirdim. Ümumiyyətlə, belə hesab edirəm ki, yüksək nəticə göstərmək abituriyentin özünün pedaqoji və psixoloji hazırlığından asılıdır”, - deyə Ağalətif Lətifov qeyd edir.

İmtahan suallarının səviyyəsi, çətinlik dərəcəsi barədə də danışan gənc qəhrəman bildirir ki, suallar hər bir hazırlıqlı abituriyentin cavablandıra biləcəyi səviyyədə idi. Sınaq imtahanlarındakı sualların modeli ilə uyğunluq təşkil edirdi.

Onun gələcək abituriyentlərə tövsiyələri də var. Deyir ki, hər bir abituriyent qarşısına konkret məqsəd qoymalı, qəbul imtahanına planlı və sistemli şəkildə hazırlaşmalıdır. Yalnız bu halda o, istədiyi nəticəni əldə edə bilər. Bununla yanaşı, hər bir abituriyent vaxtını sistemli şəkildə bölsə və asudə vaxtından səmərəli istifadə etsə, qarşıya qoyduğu məqsədə nail olar.

Sonda Ağalətif bu nəticənin əldə edilməsində zəhməti olanlara təşəkkürünü bildirib: “Bu uğuruma görə valideynlərim və müəllimlərimlə yanaşı, məktəbin direktoru Elçin Məmmədova, sinfimizin rəhbəri İlahə Bağıyevaya təşəkkür və minnətdarlığımı bildirirəm. Onların heç də valideynlərimdən az sevinmədiyini görüb qürur duyuram. Fərəhlənirəm ki, mənə doğma məktəbdə atalıq, analıq qayğısı göstərən bu insanları sevindirə bilmişəm”.

700 bal toplayan gənc: “Qarşıya məqsəd qoyubsansa, nəticəni əldə etmək elə də çətin deyil” VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub