DÜNYA


70-ci Kann beynəlxalq kinofestivalı başlayıb

Paris, 17 may, AZƏRTAC

Fransada 70-ci Kann beynəlxalq kinofestivalının açılış mərasimi başlayıb.

Festivalın açılış və bağlanış mərasimlərinin aparıcısı məşhur italiyalı kinoaktrisa Monika Belluçidir.

Festival fransız kinorejissoru Arno Depleşenin “İsmailin xəyalları” filmi ilə açılacaq.

Bu il festivalın münsiflər heyətinə ispaniyalı kinorejissor Pedro Almodovar sədrlik edir.

Kann beynəlxalq kinofestivalı mayın 28-dək davam edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.