TARİXDƏ BU GÜN


7 İYUL

A+ A

1923–cü il. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib. Muxtariyyətin inzibati mərkəzi kimi Xankəndi şəhəri müəyyənləşdirilib. Həmin ilin sentyabrında şəhərin adı dəyişdirilərək, daşnak və “bolşevik” lideri Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub.

 

1939-cu il. Dünya opera sənətinin ulduzlarından biri, SSRİ Xalq Artisti Yelena Obraztsovanın doğum günüdür (1939-2015). Bakını çox sevən Yelena Obraztsova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dəfələrlə çıxış edib, gənc azərbaycanlı vokalçılar üçün master-klasslar keçirib. O sonuncu dəfə Bakıda 2013-cü ilin avqustunda olub.
1943-cü il. İtaliyalı müğənni Toto Kutunyo anadan olub. O müəllifi olduğu “L’italiano” mahnısı ilə şöhrət qazanıb. 2013-cü ildə Bakı səhnəsində çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
04.12.2016 [09:00]
03.12.2016 [09:00]
02.12.2016 [09:00]
01.12.2016 [09:00]