TARİXDƏ BU GÜN


7 NOYABR

A+ A

1949-cu il. Dünyanın səkkizinci möcüzəsi adlandırılan əfsanəvi Neft Daşlarında qazılan ilk quyudan neft fontan vurub. 942 metr dərinlikdən neftin fontan vurması ilə Azərbaycan dünyada ilk dəfə açıq dənizdə neft hasil edən ölkə kimi adını tarixə yazdırdı. Bununla da “qara qızıl”ın vətəni Azərbaycanda neft sənayesinin yeni inkişaf mərhələsi başladı.

 

1917-ci il. Görkəmli bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin müəllifi, SSR Xalq Artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyev anadan olub (1917-2004). Onun mahnı sahəsindəki yaradıcılıq nailiyyətləri sonrakı nəsil bəstəkarların yaradıcılığında bir ənənə şəklində davam və inkişaf edib. İki yüzdən çox mahnı yazan T.Quliyev 1951-ci ildə “Azərbaycan xalq rəqsləri” toplusunun hazırlanmasında iştirak edib. Tofiq Quliyevin mahnılarını Rəşid Behbudov, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova, “Qaya” vokal instrumental ansamblı ifa edib.

 

1944-cü il. Franklin Ruzvelt dördüncü dəfə Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilib. F.Ruzvelt iki dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. Onun tarixi xidmətləri arasında “Böyük Depressiya”nın aradan qaldırılmasını, SSRİ ilə münasibətlərin yaxşılaşdırılmasını və İkinci Dünya müharibəsi dövründə Avropadakı müttəfiqlərini yaxından dəstəkləməsini qeyd etmək olar. Dördüncü hakimiyyət müddətinin başlamasından qısa müddət sonra o, beyninə qan sızmasından vəfat edib. F.Ruzvelt tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
06.12.2016 [09:00]
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]