DÜNYA
“7 dney” qəzeti və BELTA-nın fotoinformasiya redaksiyası Belarusda “Möhkəm ailə - möhkəm dövlət” müsabiqəsinin qalibi olublar
Minsk, 7 oktyabr, AZƏRTAC
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, “7 dney” qəzeti və BELTA-nın vizual informasiya redaksiyası mətbu və elektron kütləvi informasiya vasitələri arasında “Möhkəm ailə - möhkəm dövlət” respublika yaradıcılıq müsabiqəsinin qalibi olublar.
“7 dney” qəzeti “Respublikanın mətbu KİV-lərində ən yaxşı materiallar”, BELTA-nın vizual informasiya redaksiyası isə “Respublikanın mətbu KİV-lərində ən yaxşı fotomateriallar” nominasiyalarında qalib gəliblər.
“Respublikanın mətbu KİV-lərində ən yaxşı materiallar” nominasiyasında “Ailə qəzeti” yaradıcılıq layihəsinə görə “Zvezda” qəzetinin redaksiyası da mükafatlandırılıb.
Başqa nominasiyalarda da qaliblərin adları açıqlanıb.
Belarus informasiya naziri Liliya Ananiç qeyd edib ki, İnformasiya Nazirliyi ilə Belarus Qadınlar İttifaqının mətbu və elektron kütləvi İnformasiya vasitələri arasında birgə keçirdikləri “Möhkəm ailə - möhkəm dövlət” respublika yaradıcılıq müsabiqəsi gözəl ənənəyə çevrilib. Müsabiqəyə maraq ildən- ilə artır. Bu il müsabiqəyə 82 redaksiyadan yüzdən çox iş təqdim olunub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk