|
2014-cü il. Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. 50 min kvadratmetr sahəsi olan 550 çarpayılıq mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılıb. Bütün şöbələr ən müasir tibbi texnika və avadanlıqla təchiz olunub. Bu texnikanın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq edilir. |
|
1907-ci il. Azərbaycanın tanınmış geoloqu, akademik Mirəli Qaşqay anadan olub (1907-1977). Bütün ömrünü Qafqazın geologiyasını və faydalı qazıntılarını öyrənməyə həsr etmiş görkəmli alimin 600-dən çox elmi əsəri və 35 monoqrafiyası çap olunub. “Azərbaycanın əsas və ultraəsas süxurları”, “Azərbaycan mineral suları”, “Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri”, “Daşkəsənin petrologiyası və metallogeniyası”, “Alunitlər, onların genezisi və istifadəsi”, “Listvenitlər, onların genezisi və təsnifatı” kimi fundamental əsərləri dünya elminə qiymətli töhfədir. |
|
1610-cu il. İtalyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu Qalileo Qaliley (1565-1642) Yupiterin dörd böyük peykini kəşf edib. Alim Veneranın fazalarını, Ağ Yolun ulduzlardan ibarət olduğunu müəyyənləşdirib. |
|
1927-ci il. London və Nyu-York arasında ilk birbaşa qitələrarası telefon danışığı baş tutub. |
|
1839-cu il. Fransız fiziki Fransua Araqo təsvirlərin alınmasının kimyəvi xüsusiyyətləri barədə məlumat verib. Bu, fotoqrafiyanın başlanğıc tarixi hesab olunur. |
|
1914-cü il. Atlantik okeanı ilə Sakit okeanı birləşdirən Panama kanalı gəmilər üçün açılıb. Uzunluğu 77 kilometr olan bu kanaldan hər il 14 mindən çox gəmi keçir. Daşınan yükün miqdarı 203 milyon tona qədərdir. Kanaldan keçmək təxminən 9 saat vaxt aparır. Panama kanalı dünyanın mühəndislik möcüzəsidir və bir əsrə yaxındır ki, bütün yük gəmiləri bu kanala uyğun hazırlanır. |