İDMAN
“İdmanda zorakılığın azalması” mövzusunda təlim
AFFA ilə UNICEF-in Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində futbol məşqçiləri üçün “İdmanda zorakılığın azalması” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimin əsas məqsədi idmanda zorakılığın aradan qaldırılması, qarşılıqlı münasibətlərdə zorakılığın qarşısının alınması və diqqəti hörmət və sülhsevər qərarlara yönəltməkdir.
Məşğələlər UNICEF-in beynəlxalq idman elmi mütəxəssisi, “Professor Emeritus” fəxri adına layiq görülmüş Kolin Higgs tərəfindən keçirilib.
Təlimin əvvəlində UNICEF tərəfindən uşaq və yeniyetmə inkişafı üzrə mütəxəssis (Youth and Adolescent Development Officer) Aidə Ailarova iştirakçıları salamlayıb və idmanda zorakılıq mövzusunun vacibliyini vurğulayıb.
Sonda iştirakçılara sertifikat təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]