CƏMİYYƏT


80 min ədəd aksiz markası olmayan siqaret aşkar olunaraq götürülüb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama, eyni zamanda Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən müxtəlif markalı siqaretləri Azərbaycanda realizə edən Masallı rayon sakini barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında həmin şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Masallı rayonunda keçirilən əməliyyat nəticəsində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onlardan birinin idarə etdiyi “Vaz-21063” markalı minik avtomobilindən 80 min ədəd siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.