İQTİSADİYYAT
Paytaxtdan Sumqayıta yerüstü metro xəttinin çəkilməsi nəzərdən keçirilə bilər
Bakı, 3 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Bakı ilə Sumqayıt arasında avtomobil sıxlığını aradan qaldırmaq, habelə şəhərin şimal qapısında tıxaclara son qoymaq üçün dəmir yolu nəqliyyatına ehtiyac duyulur. Zənnimcə, Bakıdan Xırdalana elektrik qatarı xəttinin çəkilməsi ilə yanaşı, eyni zamanda, metro xətinin Sumqayıtadək uzadılması məqsədəuyğun olardı. Bu istiqamətdə yerüstü metro xəttinin çəkilməsi imkanları nəzərdən keçirilə bilər.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun xidmət sahələrinin inkişaf problemləri şöbəsinin müdiri, mühəndis-iqtisadçı Aqil Əsədov AZƏRTAC-a müsahibəsində bildirib ki, Beynəlxalq Avtovağzal-Xırdalan-Sumqayıt xətti üzrə yerüstü metro nəqliyyatı tıxacların aradan qaldırılmasına, sərnişin sıxlığının azaldılmasına müsbət təsir göstərərdi. “Düzdür, bu layihə böyük maliyyə vəsaiti tələb edir. Ancaq paytaxtın gündən-günə inkişaf etməsi və şəhərə avtomobil axınının artması bu məsələni aktuallaşdırır. Nəzərə almaq lazımdır ki, qatarlarla sürətli və intensiv daşımaların təşkili şəxsi minik avtomobillərindən daha az istifadə olunmasına gətirib çıxaracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]