Əli Həsənov: Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib və məhkəmənin qərarı ilə həbs olunub
Bakı, 8 dekabr, AZƏRTAC
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib və məhkəmənin qərarı ilə həbs olunub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Əli Həsənov deyib: “Respublika Baş Prokurorluğunun açıqlaması onun həbsində hər hansı siyasi motivi istisna edir. Buna görə də bəzi yerli və xarici dairələrin, təşkilatların məsələ ilə bağlı səsləndirdikləri bəyanatlar qərəzlidir, əsassızdır və bir mərkəzdən idarə olunan proses təəssüratı bağışlayır. Düşünürük ki, bu siyasiləşmiş bəyanatlar həm də hüquq mühafizə orqanları tərəfindən Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu işlə bağlı obyektiv istintaqın həyata keçirilməsinə təzyiq xarakteri daşıyır.
Hüquqi, demokratik dövlət olan Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və məlumat azadlığı, hər bir vətəndaşın sərbəst şəkildə öz fikirlərini ifadə etmək hüququ tam təmin edilib. Azərbaycanda mövcud qanunlar çərçivəsində fəaliyyətinə, siyasi baxışlarına, fikirlərinə görə heç bir jurnalist həbs olunmur və bundan sonra da həbs olunmayacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [15:33]
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub
- 20.09.2026 [15:29]
BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
- 20.09.2026 [14:45]
Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO
- 20.09.2026 [14:24]
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
- 20.09.2026 [14:14]
Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
- 20.09.2026 [12:01]
“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO
- 20.09.2026 [11:32]
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
- 20.09.2026 [11:05]
Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
- 20.09.2026 [10:45]
Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]