MƏDƏNİYYƏT
Sumqayıt teatrında yeni tamaşalar
Bakı, 28 dekabr, AZƏRTAC
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşaların məşqlərinə başlayıb.
Teatrın direktoru İslam Həsənov AZƏRTAC-a bildirib ki, görkəmli dramaturq M.F.Axundzadənin “Hacı Qara” komediyası tamaşaçılara yeni ildə təqdim ediləcək.
Yanvarın 10-da yazıçı Hüseynbala Mirələmovun “Vicdanın hökmü” əsəri əsasında hazırlanan tamaşanın premyerası gözlənilir.
Tamaşaya teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Rolları Ulduzə Nəsir, Mətləb Səfərli, İlahə Səfərli, Habil Xanlarov və başqaları ifa edir.
2015-ci ilin aprel-may aylarında isə Bolqarıstandan dəvət edilmiş rejissor Xristo Stoyçev teatrın səhnəsində U.Şekspirin “Otello” əsərinə quruluş verəcək.
Bundan əlavə, teatrın baş rejissoru Firudin Məhərrəmov Nobel mükafatı laureatı A.Kamyunun “Kaliqula” əsəri əsasında tamaşa hazırlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]