REGİONLAR
Avtomobil qaçıran şəxsdən silah və narkotik vasitə götürülüb
Sumqayıt, 16 fevral, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Bayram Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçıran Göyçay rayon sakini Müşfiq Mikayılov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Xəlilov tutulublar.
İdarədən AZƏRTAC–a bildiriblər ki, N.Xəlilovun üzərinə baxış zamanı “Revolver” tipli tapança, 2 patron və 10,157 qram heroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların avtomobili satması üçün Ağdaş rayon sakini Zaur Əliyevə verdikləri müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyev də saxlanılıb və ondan 2,28 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.