Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin yaradıcı heyəti ilə mətbuat konfransı keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyeva mətbuat konfransında iştirak edib

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 24-dən dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri başlayır. Bu münasibətlə fevralın 22-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin yaradıcı heyəti ilə mətbuat konfransı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyeva mətbuat konfransında iştirak edib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Leyla Əliyeva layihə haqqında danışaraq, bu gündən uzun səyahətin sonuna yaxınlaşdıqlarını, “Əli və Nino” filminin çəkilişlərinə hazırlıq işlərinin başa çatdığını bildirib.

Leyla ƏLİYEVA deyib: “Mən çox sevinirəm ki, biz bu səyahətin sonunda məhz bu layihənin həyata keçirilməsinə nail olduq. Hər birinizi Bakıda görməkdən çox məmnunam və çox sevinirəm ki, biz “Əli və Nino” kimi gözəl, epik bir məhəbbət hekayəsinin bu gün filmə çevrilməsində iştirak edirik. Mən “Əli və Nino” əsərini dəfələrlə oxumuşam və onu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu əsər Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə təsvir edir. O, bu gün - 100 il sonra da əks-səda doğuran sevgi hekayəsini canlandırır. Çox şadam ki, film məhz Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında - əsərdə təsvir olunan yerlərdə çəkiləcək.

Düşünürəm ki, Azərbaycan qədim ənənələr ölkəsidir. Avropa və Asiyanın qovuşuğunda yerləşərək tolerantlıq və dialoqun nümunəsidir.

Mən bu istedadlı aktyorları və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik. Hamıya uğurlar arzu edirəm”.

X X X

Filmin quruluşçu rejissoru Kris TİKYER Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya layihənin reallaşdırılmasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, film üçün yaxşı ssenari, beynəlxalq səviyyədə möhtəşəm komanda, çəkiliş üçün gözəl məkanlar və güclü çəkiliş heyəti var. Bu layihə bizim üçün sonsuz dostluq mənbəyi olmuşdur.

X X X

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Filmin ssenari müəllifi “Academy Award®” mükafatı laureatı Kristofer HEMPTON əsərdə olduğu kimi, filmdə də Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əksini tapacağını vurğulayıb. O deyib: “Kris mənə bu kitabı göndərməmişdən əvvəl bu əsərlə tanış deyildim. Mənim üçün çox maraqlı bir əsər oldu. Əlbəttə ki, mürəkkəb məqamları var və bu mürəkkəbliyinə görə də mən razılaşdım. Biz həmkarım Asiflə çalışdıq ki, əsərə sədaqətli qalaq. Çalışaq ki, filmi məhz orijinala uyğun çəkək. Filmdə, sözsüz ki, Azərbaycanın o dövrdə müstəqillik uğrunda mübarizəsini də əks etdirməyə çalışacağıq. Düşünürəm ki, məhz o dövrdə neft bumu və bu gün ölkənin inkişafı bu əsərin daha aktual film olması üçün şərait yaradır”.

Heydər Əliyev Fondunun vitse-prezidenti və filmin icraçı prodüseri Leyla Əliyeva diqqətə çatdırıb ki, ekran əsərində bu mübarizənin ölkəmiz üçün nə qədər vacib olduğu nümayiş etdiriləcək, eyni zamanda, tamaşaçılar gözəl məhəbbət hekayəsinin şahidi olacaqlar. O deyib: “Niyə məhz bu kitab? Düşünürəm ki, bu kitab əsas etibarilə Azərbaycanın müstəqilliyinin nə qədər vacib olmasını əks etdirir. İkinci səbəb də odur ki, bu, çox gözəl, epik bir məhəbbət hekayəsidir”.

Filmin rejissoru, “BAFTA” (Britaniya Film və Televiziya İncəsənəti Akademiyası) mükafatı laureatı Asif KAPADİA bildirib ki, filmin çəkilişində iştirak edən hər bir kəsi maraqlı sərgüzəştlər gözləyir. Rejissor bildirib: “Bəli, film uğur qazanacaq. Əlimdən gələni edəcəyəm ki, bu, müvəffəqiyyətli bir layihə olsun. Məncə, hər zaman gözəl hekayənin müvəffəqiyyətlə filmə çevrilməsi onun əsas elementlərinin yerində olması ilə bağlıdır. Düşünürəm ki, bu əsərin ekranlaşdırılmasında gözəl heyət, mühüm və vacib rol oynayan aktyorlar, məkan və mənzərə mövcuddur. Bu elementlər varsa, düşünürəm ki, digər problem olmayacaq və biz uğur qazanacağıq. Əsas qəhrəmanı yaradacaq Adam Bakrinin gənc və istedadlı olması barədə iki il əvvəl Kannda olarkən eşitmişdim. O zaman onu tapmağa çalışdım. Biz onunla Los-Ancelsdə görüşdük. Maria ilə, səhv etmirəmsə, dörd ay bundan əvvəl Londonda görüşmüşdük. O zaman biz artıq əsas qəhrəmanın rolunu oynayacaq aktrisanı axtarırdıq. Səhv etmirəmsə, ilk görüşdüyüm aktrisa elə Maria oldu. Bundan sonra bir neçə aktrisa ilə görüşsəm də, qərarımı əminliklə Marianın üzərində saxladım”.

Filmdə Əli obrazının ifaçısı Adam Bakri artıq Azərbaycan dilini öyrənməyə başladığını deyib. “Mən çox xoşbəxtəm ki, buradayam” sözlərini Azərbaycan dilində söyləyən aktyor deyib: “Artıq bir neçə aydır ki, biz buradayıq. Düşünürəm ki, layihənin sonunda ölkəni tərk etmək bizim üçün çox çətin olacaq. Biz artıq bu ölkəyə çox öyrəşmişik”.

Nino obrazını canlandıracaq Maria Valverde “Əli və Nino” əsərinə olan sevgisindən danışıb. Bu əsərin ekranlaşdırıldıqdan sonra da hamı tərəfindən seviləcəyinə ümidvar olduğunu bildirib. Maria Valverde vurğulayıb: “Mənim üçün Nino obrazını canlandırmaq çox böyük bir şərəfdir. Mən əsəri oxudum və çox xoşuma gəldi. Düşünürəm ki, bu rolu uğurla ifa etməyim çox mühüm bir layihənin reallaşması olacaq. Artıq uzun müddətdir ki, Adam Bakri və Asif Kapadia ilə bir yerdə çalışırıq. İşimiz çox məhsuldardır. Ümid edirəm, mən bu əsəri sevdiyim kimi, ekranlaşdırıldıqdan sonra filmi tamaşaçılar ikiqat sevəcəklər”.

Filmin aktyor heyətinə dünyanın məşhur kino ulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar filmdə Ninonun valideynlərini canlandıracaqlar.

Aktyor heyətinə Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Assad Buab, Numan Akar və Halit Ərgənç də daxildir.

Müəllifi Qurban Səid olan “Əli və Nino” romanı XX əsrin orijinal əsərlərindən biri hesab olunur. İlk dəfə 1937-ci ildə alman dilində çap olunmuş bu əsər 33 dilə tərcümə edilib, 100 dəfədən çox nəşr olunub.

Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, geyim dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

Filmin beynəlxalq satış məsələləri “IM Global” şirkətinə həvalə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Baku Art Weekend” festivalı çərçivəsində Fərid Rəsulovun fərdi sərgisi - “Yaşa, Xəzər!”

Azərbaycan və Özbəkistan mərkəzi banklarının nümayəndələri müzakirələr aparıblar

Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var

“Dövlət Geoloji İnformasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2025-ci il 23 sentyabr tarixli 3-17/3-5-20/2025 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur

Rumıniyada “SOCAR” brendi ilə 100-cü YDM istifadəyə verilib

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Eldar Seyidov: Ağdamda ekoloji zərərin aradan qaldırılması istiqamətində kompleks işlər aparılır

Fransada aksiyalarda iştiraka görə həbs edilən şəxslərin azadlığı tələb olunur

Rəssam: Əsərin əsas ideyası təbiətin yaddaşını kosmosun simvolları ilə ifadə etməkdir

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Dokerlər dünyanın 100-dən çox limanında silah tədarükünə qarşı tətil elan ediblər

Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Almaniyalı alim Bakıda Leylatəpə mədəniyyətinin daş alətlərindən bəhs edib

İtaliyada hökumət əleyhinə etiraz dalğalarının yeni dalğası başlayıb

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub

Türk dillərində areal toponimlərin xüsusiyyətləri araşdırılıb

Hacıqabulda istehsal olunan istilik izolyasiya lövhələri xarici bazarlara çıxarılır

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında “Meyvələr” kolleksiyası nümayiş olunub

Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin ekoloji tələblərə uyğunluğu diqqət mərkəzində saxlanılır – YENİLƏNİB

Mariam Kvrivişvili: Gürcüstan və Azərbaycan Orta Dəhliz çərçivəsində regional nəqliyyat şəbəkəsinin inkişafına töhfə verir

Proqnoz: Britaniyanı ev təsərrüfatlarının gəlirləri baxımından ən pis onillik gözləyir

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur

Pensərçayın sahilində torpaq sürüşməsi: bəndin 20 metrlik hissəsi çaya uçub

Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir VİDEO

Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Cəbrayıl, Laçın və Kəlbəcər ərazilərinə 70 başadək müxtəlifcinsli fauna növləri reintroduksiya edilib

Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

AFFA-nın texniki direktoru: Dünya çempionatı futbolçularımız üçün fantastik və unudulmaz təcrübə oldu

Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr edilən yeni kitab: “Böyük amallar və arzular şairi”

İrakli Kobaxidze: Azərbaycanla münasibətlərimizdə müsbət dinamika gələcəkdə də davam edəcək

Dördüncü aydır dünya bazarında neftin qiyməti artmaqda davam edir

İşğaldan azad edilmiş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb

AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub

Şirvanşahlar Sarayında “Sayrışan simvollar” sərgisi təqdim olunur

“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər

Azərbaycan millisinin baş məşqçisi: Daha yaxşı nəticəyə ümid edirdik

Ağdam, Füzuli və Xocavənd rayonlarında 4041 ailə olmaqla, 15 min 933 nəfər sakin yaşayır

Ulu Öndər azərbaycançılığı müstəqil dövlətin ideoloji təməlinə çevirib ŞƏRH

Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Efiopiyada PUA hücumu nəticəsində 16 nəfər həlak olub

Aydan Salahova: Qız qalası əfsanəsinin faciəvi sonluğu layihənin başlanğıc nöqtəsini təşkil edir

Deputat: Azərbaycan İslam dünyasında humanitar əməkdaşlığın genişlənməsinə töhfə verir

“Yaralılar yenidən ön xəttə can atırdı” - Hərbi feldşerin döyüş xatirələri

Tahir Süleymanov: Dünya çempionatı Azərbaycan futbolu üçün böyük əhəmiyyətə malikdir

Şərqi Zəngəzurda yeni milli parkın yaradılması istiqamətində işlərə başlanılıb

İrakli Kobaxidze: Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir

İşğaldan azad edilmiş ərazilərdə 610 hektar meşə fondu sahəsində əkin və səpin işləri aparılıb

Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Gennadi Xazanov Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Dinc sakinlər Alyoşki şəhərindən təxliyə edilir

Azərbaycançılıq ideologiyası xalqımızın milli birliyinin və dövlət müstəqilliyinin ideoloji əsaslarındandır - ŞƏRH

Sabah hava əsasən yağmursuz olacaq

Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib

2026-cı ilin III rübündə bp şirkətinin xalis mənfəəti 300 faiz artıb

Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın “Qız qalası” adlı fərdi sərgisi açılıb

Azərbaycan millisi dünya çempionatında sonuncu oyununu keçirib

Vətən müharibəsi şəhidi Rəşad Quliyevin ailəsi ziyarət edilib

Xəzərdən keçən fiber-optik kabel xətti Azərbaycanın rəqəmsal tranzit imkanlarını genişləndirəcək RƏY

Xorvatiyanın sabiq prezidentinin xanımı Ədəbiyyat Muzeyində olub

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub VİDEO

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub VİDEO

Baş prokuror Kamerunun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb

Tehran BƏƏ və Kanadanın İrana qarşı ərazi iddiaları ilə bağlı birgə bəyanatını pisləyib

Qazaxıstanda Kurık limanının Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin inkişafında rolu müzakirə edilib

Bakıdakı dünya çempionatında E və F yolunun qalibləri müəyyənləşib

Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub

Hepatit B və C tam müalicə olunurmu? – Mütəxəssis açıqlayır

Hekayəsi Zəfər: ADPU-da qazi tələbələrlə görüş təşkil olunub

Kiberinsident: Ən böyük kriptobirjadan 6,3 milyard dollar oğurlanıb

Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Beynəlxalq təhlükəsizlik sisteminin etibarlılığı qəbul edilmiş qərarların icrasına verilən təminatla ölçülür - ŞƏRH

Azərbaycan Kuboku: 18 oyunda 107 qol vurulub

® Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır

Qərbi Azərbaycanda tarixi abidələrimiz - İrəvan qalası

“Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib

BMT: Qışda 9 milyon insan əlavə humanitar yardıma ehtiyac duyacaq

Professor Nazim Əfəndiyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Əli Əsədov: Ümid edirik yaxın vaxtlarda Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq

İdman tarixində bu gün: Dieqo Maradona 37 yaşında karyerasını bitirib

Professor: İT təhsilinin gələcəyi auditoriyadan real texnoloji layihələrə keçir - ŞƏRH

İrəvanın tarixinə dair iki kitab ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib VİDEO

İrəvanın tarixinə dair iki kitab ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib VİDEO

Nazir: Ərzaqlıq buğda istehsalı bir ildə 126 min tondan 170 min tondan çoxa yüksəlib VİDEO

Nazir: Ərzaqlıq buğda istehsalı bir ildə 126 min tondan 170 min tondan çoxa yüksəlib VİDEO

Beynəlxalq konqresdə Azərbaycan Milli Kitabxanasının rəqəmsal fəaliyyəti təqdim edilib

İrakli Kobaxidze: Enerji sahəsində əməkdaşlıq strateji münasibətlərin mühüm istiqamətlərindən biridir

Rusiya səmasında mindən çox dron vurulub

Məcnun Məmmədov: Müasir suvarma sistemləri ilə əhatə olunan sahələr 155 min hektarı ötüb VİDEO

Məcnun Məmmədov: Müasir suvarma sistemləri ilə əhatə olunan sahələr 155 min hektarı ötüb VİDEO

Əli Əsədov: Birgə meqaenerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Filippində Mayon vulkanı püskürüb

Qətər vasitəçiləri ABŞ-İran razılaşmasını müzakirə etmək üçün Tehrandadırlar

Parlament Əmək Məcəlləsində dəyişikliyi təsdiqləyib

BMU məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub

İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı strateji tərəfdaşlığın əsas sütunlarındandır

Baş prokuror Abşeronda vətəndaşların müraciətlərini dinləyəcək

Tarixi nəticəyə imza atan cüdoçu: İstəyirəm uğurum digər qızlarımıza da motivasiya olsun - MÜSAHİBƏ

Kriptovalyuta bazarında “Binance” gərginliyi: 2,54 milyard dollarlıq aktiv dondurulub

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir: Milli Məclis təsdiqlədi

Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib VİDEO

Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib VİDEO

Əli Əsədov: Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetdir