REGİONLAR
Qubadlı rayonunun 24159 sakini tibbi müayinədən keçib
Sumqayıt, 1 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu ilin fevral ayının əvvəlindən respublikanın bütün bölgələrində olduğu kimi, Qubadlı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu günə kimi 6803 nəfəri Bakıdan, 2167 nəfəri respublikanın digər şəhər və rayonlarından, 15189 nəfər isə Sumqayıt şəhərindən olmaqla, 24159 rayon sakini tibbi müayinədən keçib. Sumqayıt şəhərində bu işlə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi məşğul olur. Əhalinin bütün Sumqayıt ərazisində məskunlaşdığını nəzərə alaraq poliklinikanın rəhbərliyi səyyar həkim briqadaları təşkil edib və tibbi müayinəni rayon sakinlərinin sıx yaşadığı yerlərdə, məktəblərdə və müəssisələrdə keçirir.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nuslət Əhmədov və məcburi köçkün Sabir İsmailov bu humanist aksiyanın təşkilindən razı qaldıqlarını söyləyib, əhalinin sağlamlığına xidmət edən bu xeyirxah kampaniyanın təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.