MƏDƏNİYYƏT
Bilik Fondunun nümayəndələri Azərbaycan Xalça Muzeyində olublar
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubunun növbəti toplantısı Azərbaycan Xalça Muzeyində təşkil edilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, klubun üzvləri və qonaqlar muzeydə Azərbaycan xalçaçılıq məktəbləri ilə tanış olub, onlar haqqında ətraflı məlumat əldə ediblər. Müasir dizaynı, zəngin eksponatları ilə diqqət çəkən muzeydə yalnız UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş xalçaçılıq sənətimizlə deyil, bu sənəti əlləri ilə yaradan insanlarla da tanış olmaq mümkündür.
Klubun üzvləri muzeydə Azərbaycan mədəniyyətinin nümunələri – milli geyim, zinət və məişət əşyaları, rəsm əsərləri, digər qiymətli eksponatlara da maraqla tamaşa ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]