MƏDƏNİYYƏT
Azərbaycanlı vokalçı Moskvada Böyük Teatrda çıxış edəcək
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycanın əməkdar artisti, soprano Dinara Əliyeva Moskvadakı Böyük Teatrda çıxış edəcək.
AZƏRTAC ifaçının saytına istinadla xəbər verir ki, həmvətənimiz mayın 23-də Cakomo Puççininin “Bohema” operasında Mimi obrazını yaradacaq.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnə və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub.
Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib.
Həmvətənimiz Böyük Teatrda klassik opera qəhrəmanlarının obrazları ilə yanaşı, İ.Ştrausun “Yarasa” operettasında Rozalinda obrazını da yaradıb. Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]