İQTİSADİYYAT
“Expressbank” müştərilərə pulsuz bank kartları təklif edir
Bakı, 21 aprel, AZƏRTAC
“Expressbank” bank kartlar üzrə şərtləri sadələşdirərək, onları müştərilərə ödənişsiz əsasda təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, hesaba minimum 400 manat ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə Etmək olar.
Visa Platinum / MasterCard Platinum üçün isə 800 manat ilkin mədaxil edərək filiallarda və ya www.expressbank.az saytından onlayn sifariş etmək mümkündür. Hər 2 prenium kart üçün SMS məlumatlandırma xidməti pulsuz təqdim edilir. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.
Bundan başqa müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standard kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Kartlar 1 il müddətinə verilir, SMS məlumatlandırma xidməti 6 AZN-dir.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]