ELM VƏ TƏHSİL
Qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu davam edir
Bakı, 25 aprel, AZƏRTAC
Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, ərizə qəbulu elektron formada internetlə aparılır və aprelin 30-dək davam edəcək.
Qəbul imtahanları əvvəlki illərin məzunları üçün mayda, cari ilin məzunları üçün isə iyulda keçiriləcək. Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [16:52]
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
- 20.04.2024 [11:50]
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
- 20.04.2024 [11:38]