İQTİSADİYYAT
“Muğanbank” müştərilərə “Cash-In” və ”Cash to any Card” xidmətlərini təqdim edir
Bakı, 26 aprel, AZƏRTAC
“Muğanbank” ASC müştərilərə yeni “Cash-In” və ”Cash to any Card” xidmətlərini təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Cash-In” və ”Cash to any Card” bankın müştərilərinə ödəniş kartlarının cari balansını artırmaq, habelə kredit xətləri üzrə ödənişləri həyata keçirmək imkanı verir. Bu xidmətdən Azeri Card prossesinq mərkəzi tərəfindən xidmət olunan bankların “Cash-In” terminalları vasitəsilə, həmçinin Azeri Card-ın ödəniş terminallarında istifadə etmək mümkündür. Bankomatlar bank xidmətlərindən onlayn rejimdə, həftənin 7 günü 24 saat müddətində istifadə edə, habelə kartda köçürülən vəsaitləri dərhal görə bilərlər.
Qeyd edək ki, “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 44 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.