REGİONLAR
Sumqayıt kimyaçıları aprelin son iməciliyində 970 ədəd ağac əkiblər
Sumqayıt, 27 aprel, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin (İB) müəssisələrində aprel ayında sonuncu şənbə iməciliyi keçirilib. Növbəti iməcilikdə Etilen-polietilen zavodunun, Təmir-tikinti idarəsinin və Birliyin İdarəetmə aparatının ümumilikdə 550 nəfər əməkdaşı iştirak edib.
Bu barədə AZƏRTAC–a “Azərikimya” İB-nin mətbuat xidmətindən məlumat verilib.
Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin bioremediasia üsulu ilə təmizlənən 4 hektar ərazisində 970 ədəd Şərq çinarı, nar, melya, həmişəyaşıl, sərv, şam, əncir, gilanar, badam və digər ağac növləri əkilib.
İməcilik zamanı, həmçinin Etilen-polietilen zavodunun istehsalat sahələrinin ərazilərində bir hektardan çox sahə alaq otlarından təmizlənib, ağaclara aqrotexniki qulluq göstərilib.