ELM VƏ TƏHSİL
Ümumi təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsi keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən şahmat yarışının final mərhələsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurum ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi şahmat yarışının finalında rayon, şəhər mərhələlərinin qalibi olan 70-dək müəllim iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunan final yarışının nəticələrinə əsasən, Lerik rayonu Çayrud kənd tam orta məktəbinin müəllimi İmran Kəlbiyev birinci, Naxçıvan Muxtar Respublikası Sədərək rayonu Sədərək kənd 1 nömrəli tam orta məktəbinin müəllimi Sultan Rzayev ikinci, Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbinin müəllimi Anar Bağışov üçüncü yerin sahibi olublar.
Qaliblər və fəal iştirakçılar diplomla təltif olunub və onlara pul mükafatları verilib.