REGİONLAR
Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan fərdi evlərin tikintisi başa çatıb
Quba, 23 may, Elxan Yusifli, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Quba rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ilkin olaraq altı fərdi ev tikilir.
AZƏRTAC xəbər verir ki, fərdi evlərin üçü Zərdabi qəsəbəsində, ikisi İkinci Nügədi, biri isə Qam-Qam kəndində inşa olunur. Tikintisinə 2015-ci ilin yanvar ayından başlanılan evlər iki otaqlıdır. Həyətyanı torpaq sahəsi ilə təmin edilən evlərin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda evlərdə son tamamlama işləri aparılır.
Quba Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sektor müdiri Nailə Əliyeva bildirib ki, 2018-ci ilədək bu kateqoriyadan olan daha 55 ailə üçün də fərdi evlər tikiləcək.
Ümumiyyətlə, son illər ərzində Quba rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bu kateqoriyadan olan 126 ailə fərdi ev və mənzillərlə təmin olunub.