Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Birinci Avropa Oyunları kimi genişmiqyaslı tədbiri könüllülərin dəstəyi olmadan təşkil etmək çətindir

Bakı, 25 may, AZƏRTAC

“Bakı-2015” birinci Avropa Oyunlarının başlanmasına artıq sayılı günlər qalır. Bu mötəbər idman tədbirində Avropanın 6 mindən artıq atleti 253 dəst medal uğrunda mübarizə aparacaq. Gərgin idman yarışlarının ayrılmaz parçası olan könüllülər də birinci Avropa Oyunlarına böyük əzmlə hazırlaşırlar. Minlərlə gənc, eyni zamanda, yerli və xarici namizədlər bu fürsətdən istifadə edərək “Bakı-2015”də müxtəlif sahələrdə könüllü kimi fəaliyyət göstərə biləcəklər. “Bakı-2015”in “Alovqoruyanlar” (könüllülər) proqramına rəsmi olaraq, ötən il iyunun 12-də start verilib. Bu müddətdə iştirak üçün 30 mindən çox müraciət daxil olub. Könüllü olmaq istəyənlərlə müsahibələr aprelin sonunadək davam etdirilib.

Birinci Avropa Oyunları müddətində “Alovqoruyanlar” əsas rolları icra edəcək, idmançılara və yüksək vəzifəli şəxslərə kömək göstərəcək, idman yarışlarında çalışacaq, tamaşaçılara və media nümayəndələrinə yardım edəcəklər. Avropa Oyunlarının könüllü proqramı gənclərin “Bakı-2015”ə qoşulması və beynəlxalq arenada ölkəmizi dəstəkləməsi üçün gözəl imkandır.

“Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərən Aysel Əsədova bu vəzifənin onun gələcək karyerasında mühüm dönüş yaradacağını bildirib. Gənc könüllü bu barədə deyib: “Ölkəmizin ev sahibliyi edəcəyi, tarixdə ilk dəfə təşkil olunacaq belə mötəbər yarışın - birinci Avropa Oyunlarının bir parçası olmağım üçün çox xoşbəxtəm. Birinci Avropa Oyunlarına könüllülərin cəlb olunması xəbərini rəfiqəmdən eşitdim. Əvvəlcə, bu qədər maraqlı olacağını fikirləşmirdim. Ancaq indi buradakı ab-havanı, xoş ünsiyyəti və mehribanlığı gördükdən sonra “Alovqoruyanlar”ın sırasına qoşulduğum üçün çox sevinirəm”.

Aysel Əsədova qeyd edib ki, birinci Avropa Oyunları kimi genişmiqyaslı bir tədbiri könüllülərin dəstəyi olmadan keçirmək çətindir. “Alovqoruyanlar” rolunda könüllü kimi çalışmaq Avropa Oyunları ruhunun bir hissəsinə çevrilmək üçün yaxşı fürsətdir. Birinci Avropa Oyunları gənclərin bacarığını, peşəkarlığını, işgüzarlığını və dostluq əlaqələrini inkişaf etdirməyə imkan yaradacaq. Əlli ölkədən idmançıların qatılacağı birinci Avropa Oyunlarında bizim üçün geniş imkanlar açılacaq. Biz müxtəlif ölkələrin mədəniyyəti, tarixi və incəsənəti haqqında ətraflı fikir mübadiləsinə hazır olmalıyıq. Təbii ki, gələcək qonaqlara Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında dolğun məlumat verəcəyik. Həmçinin xarici dil bacarığımızı, ünsiyyət qabiliyyətimizi inkişaf etdirməyimiz gələcəkdə karyeramız üçün uğurlu başlanğıc olacaq.

“Könüllülük işi sevərək etmək deməkdir. Bu, həm də bizə gələcəkdə öz işimizi sevməyi də öyrədəcək. Üç vəzifə və bir məkan təlimində iştirak etdik. Bu təlimlər bizə işimizin nədən ibarət olduğunu anlamağa çox kömək etdi. Təlimləri həm yerli, həm də xarici mütəxəssislər birgə həyata keçirdilər. Məkan təlimi isə ərazini yaxşı tanımaq və daha operativ xidmət göstərməyimiz üçün yaxşı fürsət oldu”, deyə Aysel Əsədova deyib.

Birinci Avropa Oyunlarının digər könüllüsü Nurlan İsmayılov ali məktəbə qəbul olunduğu ildən könüllü kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, birinci Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək əslində çox qürurvericidir. Əldə edəcəyim təcrübə və dünyagörüşü gələcəkdə iş karyeramda müsbət təsirini göstərəcək. “Bakı-2015”ə müraciət haqında ilk dəfə dostlarımdan eşitdim. Heç bir tərəddüd etmədən “Bakı-2015”ə müraciət etdim. Bu tədbirin maraqlı olacağını əvvəlcədən bilirdim. Çünki yeni dostlarla tanışlıq və ünsiyyət qabiliyyətinin təkmilləşdirilməsi mənim üçün çox önəmlidir. Mən digər dostlarımı da könüllü olmağa dəvət etdim.

Konüllülər üçün təlimlərin keçirildiyini bildirən Nurlan İsmayılov deyib ki, ilk Avropa Oyunlarının könüllülük proqramının gənclərin “Bakı-2015”ə qoşulması və beynəlxalq arenada ölkəmizi dəstəkləməsi üçün gözəl imkan yaradır. Bütün “Alovqoruyanlar” Azərbaycanda çoxnövlü böyük idman yarışı çərçivəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və şəxsi karyeramız üçün mühüm təcrübə qazanacaqlar.

Birinci Avropa Oyunları kimi çoxnövlü idman yarışlarında çalışacaq “Alovqoruyanlar” təlimlərdə iştirak etmək, “Bakı-2015” uniformalarını ödənişsiz əldə etmək, obyektlərə ictimai nəqliyyatla ödənişsiz getmək, qida və Oyunların könüllü proqramının rəsmi tərəfdaşı olan “Nar Mobile” şirkəti tərəfindən nömrələrlə təmin edilmək və s. fürsətlərdən yararlanırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib