DÜNYA
Yozef Blatter FİFA-da korrupsiya ilə bağlı aparılan təhqiqatı dəstəkləyir
Bakı, 28 may, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter qurumda korrupsiya ilə bağlı aparılan təhqiqatı dəstəklədiyini bildirib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, FİFA prezidentinin bu barədə bəyanatı yayılıb. Bəyanatla deyilir ki, təşkilatın rəhbərliyi ABŞ və Isveçrə hakimiyyət dairələri tərəfindən aparılan istintaqı alqışlayır. “Hesab edirik ki, bu, FİFA-nın futbolda korrupsiyanın qarşısının alınması üçün indiyədək həyata keçirdiyi tədbirləri gücləndirəcək” – deyə Y.Blatter vurğulayıb.
Xatırladaq ki, mayın 27-də Sürixdə FİFA-nın bir sıra yüksək vəzifəli şəxsləri həbs edilib. Onlar ümumilikdə 10 milyard dollardan çox rüşvət almaqda şübhəli bilinirlər. Korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı keçir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]