MƏDƏNİYYƏT
Azərbaycan “Pekində görüş” beynəlxalq incəsənət festivalında ilk dəfə təmsil olunacaq
Pekin, 29 may, AZƏRTAC
Azərbaycan musiqiçiləri “Pekində görüş-2015” beynəlxalq incəsənət festivalında ölkəmizi təmsil edəcəklər.
İldə bir dəfə keçirilən və müxtəlif xalqların mədəniyyət mübadiləsini təşviq etmək məqsədi daşıyan festival çərçivəsində mayın 31-də Bakı Musiqi Akademiyasının professoru, xalq artisti, dirijor Yalçın Adıgözəlov, “Qarabağ” muğam üçlüyü - xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov, habelə müğənni Vüsalə Rəcova və nağara ifaçısı Siyavuş Kərimov çıxış edəcəklər.
Professor Yalçın Adigözəlov konsertdə Çin Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestrinə dirijorluq edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]
Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq
- 26.04.2024 [11:30]