İQTİSADİYYAT
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının energetika üzrə yüksək səviyyəli ekspertlər qrupunun iclasında təmsil olunub
Bakı, 29 may, AZƏRTAC
Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) energetika üzrə yüksək səviyyəli ekspertlər qrupunun 3-cü iclasında Azərbaycanı Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) İrandakı nümayəndəliyinin məsul əməkdaşları təmsil ediblər.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
İclasda Azərbaycan, İran, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan və Əfqanıstandan nümayəndə heyətləri iştirak ediblər. ECO təşkilatına üzv ölkələrin nümayəndələri regional və beynəlxalq əməkdaşlıq sahəsində öz ölkələrinin apardığı siyasət, həyata keçirdiyi proqramlar, təklif və imkanlar barədə iştirakçılara məlumat veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]