ELM VƏ TƏHSİL
Arxeoloq alim “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülüb
Bakı, 2 iyul AZƏRTAC
“Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü arxeologiyası şöbəsinin rəhbəri, tarix elmləri doktoru Əsədulla Cəfərov “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, alim bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Qarabağın qədim tarixinin, Azıx, Tağlar paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanması və ölkədə arxeologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.