SİYASƏT
Gürcüstanın Baş naziri Azərbaycan dövlətinə minnətdarlıq edib
Tbilisi, 3 iyul, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 14-də Tbilisidə baş vermiş təbii fəlakətlə əlaqədar göstərilən yardıma, eləcə də diqqətə görə Azərbaycana, Türkiyəyə və digər dövlətlərə minnətdarlıq edib.
Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Baş nazirin Azərbaycan və Türkiyə rəhbərliyi ilə telefon danışıqları olub. İrakli Qaribaşvili deyib: “Yardım təkliflərini Ukrayna, Rusiya və Avropa İttifaqı ölkələrindən də almışıq. Bunu yüksək qiymətləndirir və minnətdarlığımızı bildiririk”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi