MƏDƏNİYYƏT
Dahi Azərbaycan bəstəkarına həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Bakı, 4 iyul, Ceyhun Alışov, AZƏRTAC
Dahi bəstəkar Üzeyir Hacıbəylinin dövlət səviyyəsində qeyd olunacaq 130 illik yubiley tədbirləri çərçivəsində sentyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında elmi-praktik konfrans keçiriləcək.
Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, tədbirdə dahi sənətkarın yaradıcılığı və musiqi nəzəriyyəsinin elmi çalarları çərçivəsində məruzələr dinləniləcək. Bundan əlavə Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəylinin yubileyi ərəfəsində bir sıra tədbirlərin keçirilməsinə təşkilatçılıq edəcək. Bu məqsədlə sentyabrın 25-də dahi sənətkarın xatirəsinə həsr olunmuş musiqi əsərlərindən ibarət kamera konserti təşkil olunacaq.
Konsertdə bir çox gənc musiqiçilər çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]