Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10” beynəlxalq konfransı keçirilib

Naxçıvan, 7 iyul, AZƏRTAC

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə konfrans iştirakçıları Naxçıvan Dövlət Universitetinin elektron təhsil sistemi və rəqəmsal multimedia infrastrukturu ilə tanış olublar.

Məlumat verilib ki, ali təhsil ocağında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunub, yüksək tələblərə cavab verən elektron idarəetmə və tədris sistemi yaradılıb. İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar yerləşdirilib, universitet vahid telefon şəbəkəsinə qoşulub. Mərkəzi serverdə universitetin tələbə və müəllim kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yerləşdirilib, tədris planları və mühazirələrin elektron bazası yaradılıb, elektron mühazirə və imtahan otaqları istifadəyə verilibdir. Rəqəmsal multimedia infrastrukturu videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə geniş imkanlar açıb, universitet televiziyasının texniki imkanları yüksəldilibdir. Televiziyada ən müasir kameralar, video və səs sistemləri, montaj avadanlıqları və virtual studiya quraşdırılıb, onlayn dərslərin hazırlanması və çəkilişlərin aparılması üçün xüsusi proqramla təmin olunub.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və konfrans iştirakçıları Konservatoriya binasının foyesində universitetin müəllim və tələbələrinin müxtəlif mövzu və janrlarda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Sərgidə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portretləri, muxtar respublikanın təbiət mənzərələrini əks etdirən rəsm əsərləri nümayiş etdirilib.

Sərgi ilə tanışlıqdan sonra Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının akt zalında “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov deyib ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarından təhsil sistemində geniş istifadə olunur. Naxçıvan Dövlət Universitetində də bu sahədə mühüm işlər görülüb, idarəetmə sistemi və tədris prosesi yüksək texnologiyalar əsasında qurulubdur. Universitetdə 42 elektron lövhə, 750-yə yaxın kompüter, 15 elektron kürsü quraşdırılıb. Yaradılan şərait tədrisin səviyyəsini yüksəltməklə yanaşı, müxtəlif səviyyəli tədbirlərin keçirilməsinə də əlverişli şərait yaradıb. Bunun nəticəsidir ki, son 20 ildə universitetdə 200-ə yaxın beynəlxalq və ölkə əhəmiyyətli elmi konfrans və simpoziumlar keçirilib. 2005-ci ildən etibarən hər il keçirilən “Elektron Naxçıvan” beynəlxalq konfransı universitetin əlaqələrinin genişlənməsinə geniş imkanlar açıb, Amerika Birləşmiş Ştatları, Çin, Fransa, Rusiya, Cənubi Koreya, Türkiyə, Kanada, Pakistan, Polşa, İsveçrə, Qazaxıstan, Özbəkistan universitetlərinin təmsilçilərinin Naxçıvan Dövlət Universitetinə maraqları artıbdır. Bunun nəticəsidir ki, həm elektron məkanda, həm də elmi mühitdə qarşılıqlı əlaqələr inkişaf edib, elmin, təhsilin, tədrisin, tələbə və müəllim mobilliyinin inkişafına nail olunubdur.

Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirilən tədbirlərə və yaradılan şəraitə görə minnətdarlıq edib.

Sonra muxtar respublikada informasiya cəmiyyətinin formalaşdırılması və “Elektron Naxçıvan” layihəsi çərçivəsində görülən işlərdən bəhs edən film nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, 2005-ci ildən başlayaraq hər il Naxçıvanda “Elektron Naxçıvan” mövzusunda beynəlxalq konfrans keçirilir. Bu gün çox mühüm məsələyə - təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının roluna həsr olunmuş konfrans öz işinə başlayır.

Ali Məclisin Sədri bu münasibətlə konfrans iştirakçılarını və qonaqları təbrik edib, təşkilatçılara təşəkkürünü bildirib, alim və tədqiqatçılara elmi fəaliyyətlərində uğurlar arzulayaraq deyib: Hər dövrün öz qanunauyğunluqları var. Buna uyğun olaraq ölkələrin inkişaf kriteriyaları müəyyənləşir. Bu gün hələ böyük əhali potensialına və orduya malik olan ölkələri güclü ölkə hesab etmirlər. O ölkə güclüdür ki, elm tutumlu qabaqcıl texnologiya və böyük informasiya çəkisinə malik olsun. İndi dünyanı informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir. İnformasiya-kommunikasiya texnologiyaları insanların gündəlik həyatına nüfuz etmiş, elmin və təhsilin inkişafında, müasir iqtisadi sistemin formalaşdırılmasında mühüm faktora çevrilmişdir.

Ali Məclisin Sədri deyib: Azərbaycanda yeni texnologiyaların tətbiqinə ötən əsrin 70-ci illərindən başlanmışdır. O dövrdə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası iki istiqamətdə həyata keçirilirdi. Bu istiqamətlərdən biri tarixi-mədəni irsin və milli dəyərlərin qorunub yaşadılması idisə, digər istiqamət müasir texnologiyalı iqtisadi sistemin formalaşdırılmasına hesablanmışdı. Azərbaycanda hesablama texnika və avadanlıqlarının istehsalı hesabına hələ o dövrdə informasiya texnologiyalarının təhsil sahəsinə tətbiqinin əsası qoyulmuşdu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının inkişafını əsas sahə elan edərək demişdir: “İnformasiya-kommunikasiya texnologiyaları sahəsi bizim üçün prioritet sahələrdən biridir. Çünki bu sahə inkişaf, biznes, təhsil, şəffaflıq, gələcəyə aparan yol deməkdir”. Bu gün Azərbaycanı gələcəyə aparan yolun uğurları aydın görünür. Bu yol xalqın həyat tərzinin daha da yaxşılaşmasına, rifah və tərəqqiyə hesablanıb. Bunun üçün ardıcıl tədbirlər görülür. Bütün sahələrdə müasir texnologiyalar tətbiq olunur.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikası uzun müddətdir ki, blokada şəraitində yaşayır. Buna baxmayaraq informasiya-kommunikasiya texnologiyaları infrastrukturu ilbəil müasirləşdirilir. Yaşayış məntəqələrində yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rabitə xidmətlərinin səviyyəsini artırmış, mövcud avtomat telefon stansiyalarının 96 faizi fiber-optik arabağlantı ilə təmin edilmişdir. Bu gün Naxçıvan şəhərində də, ən ucqar dağ kəndində də əhali və təhsilalanlar informasiya-kommunikasiya texnologiyalarının imkanlarından eyni səviyyədə yararlanırlar. Artıq Naxçıvan informasiya blokadasından çıxmış, genişzolaqlı və simsiz internetdən istifadə insanların gündəlik həyat tərzinə çevrilmişdir. Aydın məsələdir ki, informasiya cəmiyyətinə keçid insanların yeni texnologiyalardan istifadə imkanlarını artırmaq hesabına mümkündür. Bu gün Naxçıvanda sürətlə kompüterləşmə gedir. Yaşayış məntəqələrinin 94 faizində genişzolaqlı, 80 faizindən çoxunda isə simsiz internet xidmətləri göstərilir.

Ali Məclisin Sədri təhsildə informasiya texnologiyalarının tətbiqinin cəmiyyətin intellektual inkişafının başlıca şərti olduğunu vurğulayaraq deyib: Naxçıvan Muxtar Respublikasında elektron təhsilin inkişafı sahəsində görülən işlər də məhz bu məqsədə xidmət edir. Muxtar respublikanın ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində elektron tədrisdən istifadə təmin edilmiş, təhsil müəssisələrində 5 minə yaxın kompüter, 650-dən çox elektron lövhə quraşdırılmış, sürətli internetə çıxış imkanı yaradılmış, distant təhsil şəbəkəsi qurulmuşdur. Bundan başqa sağlamlıq imkanları məhdud uşaqların da təhsilə inteqrasiyası məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmiş, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün audio və elektron kitabxana yaradılmışdır.

Artıq 10 ildir ki, keçirilən “Elektron Naxçıvan” konfransları nəinki Naxçıvan Dövlət Universitetində, ümumilikdə muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron təhsilin inkişafı sahəsində mühüm mərhələyə çevrilib. Bu da öz bəhrəsini vermiş, son illər Naxçıvan Dövlət Universitetində İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, distant tədris şəbəkəsi və multimedia infrastrukturu qurulmuş, elektron təhsil sistemi yaradılmışdır.

“Elektron təhsil sisteminin formalaşdırılması mürəkkəb və çoxşaxəli prosesdir. Ona görə ki, informasiya texnologiyaları daim inkişafdadır. Bu inkişafla ayaqlaşmaq və dünya təcrübəsindən yararlanmaq isə qarşıda duran əsas vəzifələrdəndir”, - deyən Ali Məclisin Sədri “Elektron Naxçıvan-10” beynəlxalq konfransının təhsilin daha da təkmilləşdirilməsi sahəsində faydalı olacağına inamını ifadə edib, konfransa öz işində uğurlar arzulayıbdır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək deyib ki, “Elektron Azərbaycan”ın tərkib hissəsi olan “Elektron Naxçıvan” 10 il ərzində böyük inkişaf yolu keçib, informasiya cəmiyyətinin formalaşmasında yeni mərhələ olubdur. Bu gün muxtar respublikada bütün sahələrdə keyfiyyətli informasiya-kommunikasiya texnologiyaları infrastrukturu yaradılıbdır. Məhz “Elektron Naxçıvan” çərçivəsində əldə edilən nailiyyətlər hesabına blokada şəraitində yaşayan muxtar respublikanın qlobal virtual məkana çıxış imkanları daha da genişlənib. Bu gün Naxçıvan Muxtar Respublikası intellektual potensialına və informasiya-kommunikasiya texnologiyalarının infrastruktur göstəricilərinə görə ölkəmizdə yüksək göstəriciyə malikdir. Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı sürətli sosial-iqtisadi inkişafa, o cümlədən təhsilin səviyyəsinin yüksəldilməsinə təkan verib, Naxçıvan Dövlət Universiteti informasiya-kommunikasiya texnologiyalarının yüksək səviyyədə tətbiq edildiyi nümunəvi ali məktəbə çevrilibdir.

Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında deyib ki, hazırda ölkəmizdə informasiya texnologiyalarına əsaslanan müasir təhsil sistemi qurulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlara, qəbul edilən dövlət proqramlarına uyğun olaraq təhsil infrastrukturu daim təkmilləşdirilir, təhsil müəssisələrində ən mütərəqqi tədris metodlarından istifadə olunur. Elektron dərsliklərin hazırlanması, ümumtəhsil məktəblərinin kompüterləşməsi, rəqəmsal tədris infrastrukturunun formalaşdırılması gənc nəslin hərtərəfli böyüməsinə imkan verir. Muxtar respublikada da bu sahədə kompleks tədbirlər görülür, müasir təhsil infrastrukturu yaradılır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları əsasında təhsilin keyfiyyətinin yüksəldilməsi və elektron universitet quruculuğu prioritet istiqamətə çevrilib. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi, xüsusilə təhsil müəssisələrinin kompyuterləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsi bunu bir daha təsdiq edir. Bu gün Naxçıvan Dövlət Universitetində keçirilən “Elektron Naxçıvan-10” beynəlxalq konfransı Naxçıvan Muxtar Respublikasında, ümumilikdə ölkəmizdə ali təhsil sisteminin informasiyalaşdırılması sahəsində atılan mühüm addımdır. Bu mənada “Elektron Naxçıvan” konfransları informasiya-kommunikasiya texnologiyalarının inkişafının Naxçıvan modeli kimi qəbul olunur. Bu layihənin həyata keçirilməsi Naxçıvan Dövlət Universitetinin beynəlxalq təhsil layihələrində iştirakına təkan verib, vətənpərvər, yüksək intellektli və dövlətçiliyə sədaqətli gənc nəslin yetişməsinə səbəb olubdur.

Beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan bu gün informasiya texnologiyalarının inkişafı sahəsində böyük nailiyyətlər qazanıb. Muxtar respublikada informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər ölkəmizdə bu sahənin inkişafına təkan verir. “Elektron Naxçıvan-10” beynəlxalq konfransının keçirilməsi muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafının daha bir göstəricisidir.

Konfransın gedişində Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və İnformasiya Texnologiyaları institutları, Azərbaycan Dillər Universiteti, Türkiyənin Ərzurum Atatürk Universiteti, Estoniyanın Tallin, İngiltərənin Vorvik universitetləri ilə videobağlantılar yaradılıb, Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti korpusunda aparılan cərrahi əməliyyat, eləcə də elektron imtahan prosesi birbaşa izlənilibdir.

Sonda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar