İDMAN
Bakının “İnter” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirib
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 30-da Bakının “İnter” futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda “Atletik” klubunun qonağı olub. Yunanıstanlı baş hakim Stavros Tritsonisin idarə etdiyi oyunda hesabı 12-ci dəqiqədə “Atletik”in futbolçusu Xavyer Eraso hesabı açıb. Görüşün 49-cu dəqiqəsində X.Eraso dubl edərək hesab arasındakı fərqi daha da artırıb.
Beləliklə, görüş “Atletik” komandasının 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Komandalar arasında cavab oyunu avqustun 6-da Bakıda, "Şəfa" stadionunda təşkil olunacaq.
Turnirə birinci təsnifat mərhələsindən qoşulan “İnter” komandası Albaniyanın “Laçi” və İslandiyanın “Hafnarfyordur” klubunu yarışdan kənarlaşdırıb.