ELM VƏ TƏHSİL
Yeni üzüm sortları sınaqdan keçirilir
Gəncə, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə təcrübə stansiyasında yeni üzüm sortlarının sınağı keçirilir.
Stansiyanın direktoru Mehman İsmayılov AZƏRTAC-a deyib ki, hər il daha məhsuldar və xəstəliklərə davamlı üzüm sortlarının yetişdirilməsi üçün təcrübələr aparılır. Keçən il bu sortlardan 6-sı Dövlət Sort Sınaq Komissiyasına təqdim edilib və onlardan ikisinə -“Azəri” və “Göygöl” sortlarına müsbət rəy verilib. Həmin sortlar Fransa və İspaniyada keçirilən beynəlxalq müsabiqədə də mükafata layiq görülüb. Hazırda mütəxəssislər 9 yeni hibrid sortu üzərində təcrübə aparırlar. Sınaqlar müsbət nəticə versə həmin sortların geniş yayılması təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]