ELM VƏ TƏHSİL
Yevlaxlı məzunlardan 252-si tələbə adını qazanıb
Yevlax, 2 sentyabr, AZƏRTAC
Bu il Yevlax rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1039 məzundan 535-i ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 252-si tələbə adını qazanıb.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tələbə adını qazanan gənclərdən 25 nəfəri 500-600 arası, 10 nəfəri isə 600-dən çox bal toplayıb. Yevlax şəhər 5 nömrəli tam orta məktəbin məzunu Xədicə Məmmədova imtahanlarda hamıdan çox - 670 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub. Rayon üzrə ən yüksək göstəriciləri şəhər 5 və 9 nömrəli tam orta məktəblərin məzunları göstərib. 5 nömrəli tam orta məktəbdən 41, 9 nömrəli tam orta məktəbdən isə 23 nəfər ali məktəbə qəbul olub.