Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nərgiztəpə mədəni irsimizin möhtəşəm abidəsidir

Xocavənd, 2 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı bu yay Xocavənd rayonu ərazisindəki Nərgiztəpə abidələr kompleksində arxeoloji araşdırmaları davam etdirib.

Arxeoloji qrupun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Nərgiztəpədə və ətraf ərazilərdə aparılan arxeoloji tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, tədqiqatlar zamanı Qarabağın Mil düzü ilə kəsişən dağətəyi əraziləri nəzərdən keçirilib, əsas tədqiqat obyekti olan Nərgiztəpədə arxeoloji qazıntı işləri aparılıb.

Nərgiztəpənin cənub-şərq ətəyində çox iri, yonulmamış qaya parçalarından bir cərgə düzülməklə inşa edilən və uzunluğu 60 metrə çatan divar qalıqları diqqəti cəlb edir. Divardan şərqdə - bayır tərəfdə qədim xəndəyin qalıqları var. Cənubda isə bu divar torpaq səddə söykənir. Divarın tikintisində hər hansı bərkidici maddədən istifadə edilməyib. Bu xüsusiyyətlərinə görə, divar qalığı Azərbaycanda daha çox “təpəgöz qalaları” kimi tanınan klassik siklop tikililəri sırasına daxildir. Azərbaycanın qərb bölgələrində, xüsusilə Daşkəsən və Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasının ərazisində, indiki Ermənistan respublikasında - Göyçə gölü ətrafında da belə tikililər çoxdur. Son Tunc və Erkən Dəmir dövründə geniş yayılan siklopik tikililər ibtidai cəmiyyətin dağılması və sinifli cəmiyyətə keçidlə bağlı idi.

Tədqiq olunan ərazidə aparılan əkin-biçin işləri, eləcə də arx və xəndəklərin qazılması zamanı, demək olar ki, hər il yeni-yeni abidələr üzə çıxır. Bu yaxınlarda Nərgiztəpənin ətrafında traktorla xəndək qazılarkən ağ tufdan yastı daş lövhələr, insan sümükləri, müxtəlif saxsı qab nümunələri, sədəfdən uzunsov düzbucaqlı şəklində düzəldilmiş muncuq aşkar edilib. Saxsı qablardan biri demək olar ki, bütöv haldadır. Oxşar qablara Azərbaycanın həm antik dövr (məsələn, e.ə. III-I əsrlərə - Yaloylutəpə mədəniyyətinə məxsus), həm də erkən orta əsr abidələrində rast gəlinir. Aşkar edilən tapıntılar buradakı daş örtüklü torpaq qəbirlərin antik dövr, yaxud da erkən orta əsrlərin bütpərəst dini ayinləri, dəfn adətləri ilə bağlılığını təsdiqləyir.

Tapılmış keramika nümunələri arasında üzərinə qırmızı boya ilə naxışlar çəkilmiş saxsı qabın qırıqları böyük maraq doğurur. Narın gildən hazırlanmış iri tutumlu qabın çiyin hissəsini, gövdə və qulpunu bəzəyən bu naxışlar həndəsi – düz, perpendikulyar və kəsişən xətlər, tağlar, təbiət təsvirləri – günəş, dağlar və ağaclar, soomorf – maral təsvirlərindən ibarətdir. Qarabağın antik dövr abidələrindən, o cümlədən Qalatəpə, Üzərliktəpə, Qaraköpəktəpə, Qaraköbər və başqalarından tapılan keramika nümunələri üzərində belə naxışlara (zoomorf təsvirlər istisna olmaqla) tez-tez rast gəlinir. Bəzi fraqmentlər yaxınlıqdakı Nərgiztəpə yaşayış yerindən aşkar olunan nümunələrlə oxşardır.

Boya naxışlı fraqmentlərin tapıldığı yerdə xəndəyin içərisi yoxlanılarkən iri küp qəbir qalıqları (insan sümükləri ilə birgə) aşkar edilib. Gələcəkdə bu ərazidəki qəbir abidələrinin arxeoloji tədqiqi antik dövrdə Nərgiztəpədə yaşamış insanların dini görüşlərini, dəfn adətlərini araşdırmağa imkan verəcək.

Yuxarıda təsvir edilən tapıntılarla yanaşı, ərazidə erkən orta əsrlərə aid qab qırıqlarına, saxsı parçasından düzəldilmiş təkərciyə, daşdan əmək alətlərinə rast gəlinməsi göstərir ki, Nərgiztəpə yaşayış məskəninə məxsus antik dövr nekropolu üzərində sonralar yeni məskən salınıb.

Bu ilin may ayından başlayaraq Nərgiztəpə yaşayış məskənində arxeoloji qazıntı işləri davam etdirilib. Hər biri 30 kvadratmetr olan iki hissədə aparılan tədqiqatlar göstərir ki, bu abidə əsasən üç mədəni təbəqədən ibarətdir: orta tunc, antik və orta əsrlər. Orta əsrlərə aid üst mədəni təbəqədə şirli və şirsiz saxsı qab nümunələrinə, daşdan əmək alətlərinə, ocaq yerlərinə və güclü yanğın izi olan zolaqlara rast gəlinib. Qalınlığı iki metrdən çox olan antik təbəqə həm memarlığına, həm də artefaktların rəngarəngliyinə görə çox zəngindir. 2,5 metr dərinlikdən aşkar edilən iri daşlardan və möhrədən ibarət müdafiə divarları isə Nərgiztəpədə diqqət çəkən ən önəmli tapıntıdır.

T.Əliyev deyir ki, Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq saça biləcək abidədir. Burada qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixini bütün çalarları ilə izləmək olar. Qazıntılar zamanı Orta Tunc, Son Tunc və İlk Dəmir dövrlərinə, erkən alban çağlarına aid saxsı nümunələrinə də təsadüf edilir.

Arxeoloq xatırladıb ki, Nərgiztəpə ətrafında yerləşən orta əsrlərə aid müsəlman qəbiristanlığındakı bəzi qəbirüstü daşların üzərinə qazma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. XIII-XIV əsrlərdən etibarən baş daşları üzərində epiqrafik mətnlər ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunub. Rəvayətə görə, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan hadisələrin bir çoxu, xüsusilə Qaraca Çobanla bağlı əhvalatlar məhz bu ərazilərdə baş verib. Burada addımbaşı rast gəlinən iri yumru daşlar isə Qaraca Çobanın “sapand daşları”, yaxud “daşa dönmüş qoyunlarıdır”. Ümumiyyətlə, Nərgiztəpə ətrafındakı toponimlər bu ərazinin qədim oğuz türklərinin yurd yerləri olduğunu təsdiqləyir.

Nərgiztəpədəki tarixi, arxeoloji, memarlıq abidələrinin, “Kitabi-Dədə Qorqud”la səsləşən toponimlərin elmi əhəmiyyəti burada intensiv tədqiqatların aparılmasının, arxeoparkın yaradılmasının, turizm obyektlərinin açılması istiqamətində kompleks tədbirlərin görülməsinin zəruriliyini şərtləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib