Fransa XİN: Rəsmi Paris Dağlıq Qarabağda keçirilən “bələdiyyə seçkiləri”ni tanımır
Paris, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Fransa Xarici İşlər Nazirliyində keçirilən brifinqdə AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Fransa hökumətinin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən “bələdiyyə seçkiləri” ilə bağlı mövqeyini bildirməsini xahiş edib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi Roman Nadal Fransanın Dağlıq Qarabağı müstəqil respublika kimi tanımadığını, bu bölgədə keçirilmiş qanunsuz “seçkilər”in nəticələrini qəbul etmədiyini, ümumiyyətlə həmin “seçkilər”in beynəlxalq hüquqazidd olduğunu deyib.
XİN-in nümayəndəsi son aylarda Fransanın bəzi yerli hakimiyyət orqanlarının beynəlxalq hüquqa zidd fəaliyyətlərə qanuni don geyindirmək cəhdlərinin olduğunu xatırladıb. O, bəzi fransız şəhərləri tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “dostluq xartiyası” imzalanmasını, “mədəniyyət günləri” keçirilməsini, eləcə də “Fransa-Qarabağ dostluq dərnəyi”nin yaradılmasını hüquqazidd addımlar kimi səciyyələndirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:04]
David Manukyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:57]
Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:51]
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:14]
Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur
- 05.02.2026 [11:07]
Prezident İlham Əliyevin dünyanı xilas edəcək humanizm missiyası- ŞƏRH
- 05.02.2026 [09:44]
Azərbaycan səfiri Şri-Lankada görüşlər keçirib
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]