MƏDƏNİYYƏT


89-cu mövsümün son məşqi

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Dürrenmattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanı rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir. Yeni səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradovadır.

Tamaşada əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Sövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Ramil Məmmədov, Aygün Fətullayeva, Müşfiq Əliyev və başqaları canlandıracaq.

Tamaşa növbəti mövsümdə, 2017-ci ilin dekabr ayında teatrsevərlərin ixtiyarına veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.