TARİXDƏ BU GÜN


8 AVQUST

A+ A

1948-ci il. Azərbaycanın tanınmış aktyoru, xalq artisti Rasim Balayev anadan olub. Aktyor ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rolları ilə tamaşaçıların sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Rasim Balayev “Özbəkfilm”də, “Mosfilm”də və başqa studiyalarda da filmlərə çəkilib.
1937-ci il. Çinin paytaxtı Pekin yaponlar tərəfindən ələ keçirilib.
1945–ci il. Fransa, Böyük Britaniya, ABŞ və Sovet İttifaqı nümayəndələri Nürnberq məhkəmələri üçün qanun və prosedurları yaradan London Nizamnaməsini imzalayıblar.
1949-cu il. Strasburqda Avropa Şurasının ilk iclası keçirilib.
2008–ci il. Çinin paytaxtı Pekində XXIX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub. Avqustun 24-dək davam edən Olimpiadada 205 ölkə təmsil edilib. 302 dəst medal uğrunda 10 min 500 idmançı mübarizə aparıb. Azərbaycan idmançıları Olimpiadada 7 medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
06.12.2016 [09:00]
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]