TARİXDƏ BU GÜN


8 YANVAR

1920-ci il. Görkəmli teatr xadimi, Azərbaycan SSR Xalq Artisti Leyla Bədirbəylinin doğum günü (1920-1999). Üzeyir Hacıbəylinin dəvəti ilə 1945-ci ildə "Arşın mal alan" filmində çəkilib. “Otello”da Dezdemona, “Göz həkimi”ndə Nərminə, “Od gəlini”ndə Solmaz, “Mahnı dağlarda qaldı” tamaşasında Fəxrəndə rollarını ifa edib, bir çox filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan SSR-in dövlət mükafatı laureatı, həmçinin müstəqil Azərbaycanın “İstiqlal” ordeni ilə təltif olunub.

 

 

1935-ci il. Amerikalı müğənni və aktyor Elvis Presli anadan olub (1935-1977). ABŞ-da Preslinin qızıl, platin və ya multiplatin statusu qazanan 150 albomu var. Mahnıları "Billbord" hit-paradının ən çox "qızıl yüzlüyünə" düşən müğənnidir (149 mahnı). Müxtəlif illərdə üç "Qremmi" mükafatı alıb. "Forbes" jurnalının yazdığına görə, Elvis dünyanın vəfat etmiş məşhur insanları arasında ən varlılarındandır. Onun ölümü də qəribə olub. Diş həkimindən gələn Elvis yuxuya getmək üçün sakitləşdirici dərman içir. Bunun təsirsiz olduğunu görən müğənni əlavə yuxu dərmanı da qəbul edir. Səhər açıldıqda isə o artıq gözlərini əbədi yummuşdu. Aparılan müayinələrin nəticələrinə görə, Elvisin ölümünə səbəb müxtəlif dərmanların qarışdırılaraq qəbul edilməsi olub.

1977-ci il. SSRİ-də silsilə terror aktları baş verib. İlk partlayış “İzmayılovskaya” və “Pervomayskaya” stansiyaları arasında olan qatarda, sonra isə ticarət və ərzaq mağazalarında törədilib. Partlayışlar nəticəsində 7 nəfər həlak olub, 37 nəfər yaralanıb. İstintaq partlayışların erməni millətçiləri tərəfindən törədildiyini müəyyənləşdirib.

 

 

1996-cı il. Konqo Demokratik Respublikasının paytaxtı Kinşasadan Kaxembaya hərəkət edən “Moscow Airways”ə məxsus “Аn-32B” yük təyyarəsinin uçuş zolağından havaya qalxa bilməməsi və yaxınlıqdakı bazara girməsi nəticəsində 298 nəfər həlak olub, 253 nəfər yaralanıb. Qəza təyyarənin həddən artıq yüklənməsi səbəbindən baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri
28.02.2017 [09:00]
27.02.2017 [09:00]
26.02.2017 [09:00]
25.02.2017 [09:00]