Azərbaycan səfirliyi “Dağlıq Qarabağ rejimi”nin Fransanın bəzi vilayətləri ilə əməkdaşlığının ləğvi istiqamətində səylərini davam etdirir
Paris, 11 dekabr, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyi Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin bu ölkənin bəzi vilayətləri və şəhərləri ilə imzaladığı qeyri-qanuni dostluq və əməkdaşlıq xartiyalarının ləğvi istiqamətində səylərini davam etdirir.
Səfirlik bu məsələnin hüquqi yolla həlli məqsədilə müvafiq sahədə ixtisaslaşmış vəkillər vasitəsilə Azərbaycanın işğal altında olan şəhərləri ilə qeyri-qanuni sənədlər imzalamış Fransa şəhərlərinin yerləşdiyi vilayətlərdə mərkəzi hökuməti təmsil edən prefektlərə sorğular göndərib. Fransa qanunvericiliyinə əsaslanan həmin sorğularda imzalanmış qeyri-qanuni sənədlərin ləğv edilməsi məqsədilə onların inzibati məhkəməyə təqdim edilməsi tələb olunub.
Azərbaycanın işğal altında olan Xankəndi şəhəri ilə qeyri-qanuni sənəd imzalamış Valans şəhərinin yerləşdiyi Drom vilayətinin prefekti Didye Loqa Azərbaycan səfirliyinin vəkilinin müraciətini cavablandıraraq, imzalanmış hər hansı bir sənədin Fransanın “Yerli özünüidarəetmə orqanları haqqında” Məcəlləsinin müddəalarına uyğun olaraq dövlət nümayəndəsinə, yəni, prefektə təqdim olunduqdan sonra qüvvəyə mindiyini bildirib.
Prefekt “Valans və Stepanakert şəhərləri arasında dostluq xartiyası”nın və ya onun imzalanmasına icazə verən hər hansı məlumatın ona təqdim edilmədiyini vurğulayaraq, həmin xartiyanın qüvvəyə minmədiyini və onun icra olunmasının mümkünsüzlüyünü vurğulayıb.
Prefekt, həmçinin Valans şəhəri tərəfindən sözügedən “dostluq xartiyası” və ya ondan irəli gələn hər hansı sənədin ona təqdim ediləcəyi təqdirdə həmin sənədin ləğvi üçün dərhal inzibati məhkəməyə göndərəcəyini bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:04]
David Manukyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:57]
Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:51]
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib
- 05.02.2026 [12:14]
Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur
- 05.02.2026 [11:07]
Prezident İlham Əliyevin dünyanı xilas edəcək humanizm missiyası- ŞƏRH
- 05.02.2026 [09:44]
Azərbaycan səfiri Şri-Lankada görüşlər keçirib
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]